“Bavariya” ilə “Sevilya” arasında baş tutan UEFA superkuboku matçının ən yaxşı futbolçusu məlum olub.

Unikal.org turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Bavariya”nın qapıçısı Manuel Noyerdir. 34 yaşlı futbolçu qarşılaşmada bir neçə dəfə komandasını qoldan xilas edib.

UEFA superkubokunun qalibi “Sevilya”nı 2:1 hesabıyla məğlub edən “Bavariya” olub.