Göyçay rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Nəsirova Gülşən Qafur qızı həyat yolaşı tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və cərrahi əməliyyat olunub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.