Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

“NAZ Lifan” markalı maşınla “KamAZ” markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri dərhal cərrahi əməliyyata götürülüb, digəri isə travmatologiya şöbəsinə köçürülüb. Üçüncü yaralının da vəziyyətinin ağır olduğu bildirilir. Hazırda reanimasiya şöbəsindədir.  

Faktla bağlı araşdırma başlanılıb.