Ukraynanın Xarkov vilayətində An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşdüyü yerdən təyyarənin qara qutuları tapılıb.

Unikal.org  xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Aleksey Kuçer məlumat yayıb.

“Bildiyimə görə, uçuş qeydləri çıxarılıb, lakin hələ araşdırılmayıb. Mən dəqiq bilirəm ki, düşməzdən 45 saniyə əvvəl idarəedici ilə pilot söhbət edərək eniş imkanlarını müzakirə ediblər”, - Kuçer bildirib.

Administrasiya rəhbəri uçuş qeydlərinin yaxın vaxtlarda deşifrə olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən gün baş verən qəza nəticəsində 26 hərbçi həlak olub.