Çin gömrük orqanları Rusiyadan idxal edilən məhsulların nümunələrində və xarici qablaşdırmalarında koronavirus aşkar ediblər.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Çin hökuməti virus testlərinin müsbət cavabından sonra Rusiya yüklərini daşıyan iki gəminin idxal bəyannamələrinin qəbulunu dörd həftəlik dayandırıb. Gəmilər Çinə balıq məhsullarını çatdırmalı idi.

Xatırladaq ki, bir neçə gün öncə də Çinin Çançun şəhərində Rusiyadan idxal olunan dondurulmuş dəniz məhsulları paketinin üzərində koronavirus tapılıb