Kanadanın Alberta əyalətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.  Məlumata görə, hadisə Torsbi şəhərindən 70 kilometr cənub-qərbdəki Edmontonda baş verib. Qəza zamanı 2 nəfər həlak olub.  

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Onlar qəzada həlak olanların meyitlərini aşkarlayıbar. 

Qəza ilə bağlı təhqiqata başlanılıb.