NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bəyanatda təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatların NATO-da dərin narahatlıq doğurduğu vurğulanıb.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh danışıqlarını bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.