Belarus lideri Aleksandr Lukaşenko  Fransalı həmkarı Emmanuel Makrona “ətrafa az boylanmağı” və öz ölkəsinin daxili işləri ilə məşğul olmağı məsləhət görüb.

Unikal.org “BelTa” agentliyinə istinadla xəbər verir ki, bu yolla Lukaşenko Makronun onun vəzifəsini könüllü olaraq tərk etmək bəyanatına cavab verib.

Lukaşenko bildirib ki, Makronun öz məntiqinə görə Fransa prezidenti hələ 2018-ci ildə ölkədə başlayan “sarı jiletlilər”in etirazından sonra vəzifəsindən getməli idi. 

“Əvvəlcə aksiya iştirakçıları yanacağın qiymətini və vergini artırmamağı, sonra isə prezidentin istefasını tələb edirdilər. İllər keçsə də, “jiletlər” hələ də küçələrdədirlər, cənab Makron isə təəccüblü də olsa, hələ də vəzifədədir, Fransa isə kütləvi etirazların adi hal olduğu ölkəyə çevrilib , - deyə Belarus lideri bildirib.