Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.