Ermənistan tərəfindən axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

O bildirib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.