Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə F. Qoca “Twitter” hesabında məlumat verib. 

Danışıqlar zamanı türkiyəli nazir Ermənistanın insanlıqdan kənar hücumu nəticəsində ölənlərə görə azərbaycanlı həmkarına başsağlığı verib:

“Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq”.