“Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur”.

Unikal.org  xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək", - deyə MN rəsmisi qeyd edib.