Dağlıq Qarabağda hərbi münaqişənin kəskinləşməsinə baxmayaraq, Azərbaycan və Ermənistan milli komandalarının Millətlər Liqasındakı oyunlarının təxirə salınması planlaşdırılmır.  

Unikal.org xəbər verir ki, bu barədə UEFA nümayəndəsi məlumat yayıb.

“UEFA vəziyyəti diqqətlə izləyir və qarşıdakı bütün oyunların qrafikə uyğun keçirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Azərbaycan millisi 13 oktyabrda Kiprlə qarşılaşacaq, 11 oktyabrda isə Ermənistan komandası Gürcüstanla oynayacaq.