Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 327 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.  Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 49 901 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 958 nəfərə çatıb.