Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bu gün Almaniyanın də təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə Unikal.org-a Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən deyilib ki, Fransa ilə yanaşı, Almaniya bu görüşün keçirilməsi üçün təşəbbüskar ölkə kimi irəli çıxıb.

"Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibi regiondakı vəziyyətlə yaxından maraqlandığı üçün bu təşəbbüslə çıxış edib. Bu görüş sırf siyasi məlumatlandırıcı xarakter daşıyır, görüşdə hər hansı qətnamə qəbul olunmayacaq", - deyə səfirlikdən bildirilib.