“Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik”.

Unikal.org xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib. O, beynəlxalq təşkilatları erməni tərəfinin bu addımlarını kəskin şəkildə qınamağa çağırıb.

“Eyni zamanda, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüququn prinsiplərinə əməl etməsini təmin etməyə çağırırıq”, - deyə XİN rəsmisi vurğulayıb.