Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik edilməsinə dair hazırlanmış bəyanat layihəsinə baxılıb.

Unikal.org xəbər verir ki, Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi tərəfindən hazırlanan bəyanat layihəsi səsə qoyularaq qəbul edilib.

Bəyanatda münaqişə zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıq əksini tapıb, tərəflərin güc tətbiq etməsi kəskin şəkildə qınanılıb: “Dövlət Duması dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını elan etmək niyyətindədir. Dövlət Dumasının deputatları tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdır olduqlarını bildirirlər”.