Azərbaycan Ordusu düşmənin daha bir neçə canlı qüvvəsini məhv edib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, kadrlar Azərbaycanın işğal altında olan Xocalı rayonunun inzibati ərazisinə daxil olan Şuşakənddə qeydə alınıb.

Görüntülərdən aydın olur ki, ordumuza məxsus dron-kamikadze düşməni izləyir. Bunun fərqinə varan düşmən əsgərləri aciz qaldıqlarını görərək, gizlənməyə çalışırlar. 

Ancaq Azərbaycan Ordusuna məxsus dron-kamikadze erməni hərbçilərinin yerini müəyyənləşdirərək, onları məhv edir.