İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 3 hərbiçisi ölüb.

Unikal.org xəbər verir ki, SEPAH-ın Qüds Qərargahının yayımladığı məlumata görə, SEPAH hərbçiləri Sistan və Bəluçistan əyalətinin cənubunda yerləşən Nikşəhr şəhərindən Espəkə yolunda gedərkən onların avtomobilinə silahlı hücum olub. Nəticədə 3 SEPAH üzvü ölüb, 1-i yaralanıb.