Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazir Nikol Paşinyanla telefonda danışıb.

Unikal.org Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan tərəfinin xahişi ilə baş tutan telefon danışığı zamanı Putin Paşinyana döyüşlərin davam etməsi ilə bağlı narahatlığını çatdırıb.

“Dağlıq Qarabağ zonasında situasiyanın müzakirəsi davam edib. Vladimir Putin hərbi əməliyyatların davam etdirilməsindən öz narahatlığını ifadə edib. Tərəflərin atəşin dayandırması və böhranın deeskalasiyasına vurğu edilib”- deyə açıqlamada deyilir.