ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden ölkənin cari rəhbəri Donald Trampı “Rusiya Prezidenti Vladinir Putinin küçüyü” adlandırıb.

Unikal.org xəbər verir ki, debatların yayımı “CBS News” kanalında aparılıb.

“Bu prezidentin hakimiyyəti dövründə biz daha zəif, xəstə, kasıb olduq. Biz daha dağınıq və qəddar olduq”, - deyə Bayden bildirib. 

ABŞ-da növbəti prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Keçmiş vitse-prezident Cozef Biden seçkilərdə demokratları təmsil edəcək, hazırkı dövlət başçısı Donald Tramp isə respublikaçılar tərəfindən namizəddir.