"Soyqırım" mahiyyətini itirir
"Soyqırım" mahiyyətini itirir
Ermənistan Rusiyadan qurtulmaq istəyir

Ermənistan prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasının növbədənkənar qurultayında ölkənin yaxın 5 il ərzində xarici siyasətinin əsas prioritetlərini açıqlayıb.
Sərkisyan bildirib ki, Ermənistanın daim diqqət mərkəzində olacaq məsələlər xarici təhlükəsizlik komponentlərinin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında dinc yolla nizamlanması, Ermənistanın beynəlxalq siyasi və iqtisadi təhlükəsizlik sisteminə və proseslərə cəlb olunmasının genişləndirilməsi olacaq.
Ölkənin əsas xarici prioritetləri siyahısında qondarma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının aktivləşdirilməsi, erməni mədəni irsinin qorunması, Ermənistanın Rusiya ilə münasibətləri möhkəmləndirməsi, ABŞ-la tərəfdaşlığın inkişafı və genişləndirilməsi, Avropa ilə yaxınlaşma siyasətinin davam etdirilməsi də var.
Maraqlıdır, Serj Sarksyanın elan etdiyi xarici siyasətdə hansı dəyişikliklər olub? Ekspertlər bildirir ki, nəzərə çarpan ilk dəyişiklik "erməni soyqırım"ının ikinci, bəlkədə üçüncü plana keçməsidir. Ekspertlər bildirir ki, artıq bu məsələ dünya ictimaiətini yorub və hər zamankı effekti vermir. Bunu da yada salaq ki, hər zaman ABŞ-da prezident seçkiləri keçiriləndə namizədlər bu məsələyə xüsusi önəm verir və erməni lobbisidə bundan maksimum dərəcədə istifadə etməyə çalışırdı. Amma son seçkilərdə namizədlərin heç biri bu məsələni gündəmə gətirmədi. Çünki artıq bu açıq bir şantaja çevrilib və ABŞ siyasiləri daha bu məsələdə alət olmaq istəmirlər. Bundan başqa aydın oldu ki, artıq erməni ziyalılarıda "soyqırım" oynundan beziblər. Bunu Erməni diplomatı və dünyaca məhşur bəstəkar Şarl Aznavur daha yaxşı izah etdi. O , bildirdi ki, bu məsələnin daha başını buraxmaq lazımdır. Əsl soyqırım onun fikrincə hazırda Ermənistanda olur və bu korrupsiya ilə rüşvətdir. Bunu da vurğulayaq ki, öncələr dünyada "soyqırım"la bağlı ciddi kompaniyalar aparılır və müəyyən aksiyalar keçirərək milyonlarla dollar pul yığılıb Ermənistana göndərilirdi. İndi isə erməni iş adamları açıq şəkildə bundan imtina edir və maliyyə ayırmırlar. Bütün bunları nəzərə alan Ermənistan prezidenti bu səbəbdən "soyqırım" məsələsini əsas məsələ hesab etməyib. Xarici siyasət kursunda diqqəti çəkən başqa məqam isə dövlətlərlə münasibətlərdir. Öncələr xarici siyasətdə yalnız Rusiya xüsusi olaraq vurğulanırdısa artıq, ABŞ-da bu siyahıya əlavə olunub. Ekspertlər bildirir ki, əslində Ermənistan artıq bir neçə ildir ki, Rusiyanın əlindən qurtulmaq istəyir. Amma Rusiya Ermənistan iqtisadiyyatına tam sahiblənib və digər tərəfdən Dağlıq Qarabağ problemindən məharətlə istifadə edir. Xatırlayırsınızsa bir neçə il öncə Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə gələndə bundan ən çox Rusiya narahat oldu. Çünki Ermənistan Türkiyə vasitəsi ilə qərbə çıxış əldə edirdi və bu zaman-zaman Ermənistanın Rusiyanın təsirindən qurtulması demək idi. Ekspertlər hesab edir ki, növbəti seçkilərdə Serj Sarksyan qalib olarsa qərbə yaxınlaşma daha sürətli olacaq. Elə buna görə də indidən Rusiya əks-addımlar atır. Nəhayət Serj Sarksyanın açıqlamasında yer alan Dağlıq Qarabağ məsələsinə baxaq. Əsas mövzu kimi Qarabağı seçməsi ekspertlərin fikrincə qarşıdan gələn seçkilərlə bağlıdır. Çünki onun rəqibləri Dağlıq Qarabağ mövzusundan kifayət qədər istifadə edirlər və Serj Sarksyanda eyni addımı təkrarlayır. Amma diqqəti çəkən budur ki, Ermənistan prezidenti dinc yolla problemin həlli məsələsini daha çox qabardıb. Öncələr isə müharibə çağırışları daha çox üstünlük təşkil edirdi. Ekspertlər bunu da vurğulayır ki, artıq Ermənistan prezidenti bu açıqlaması ilə həm də danışıqların davam etdirilməsinin önəmsizliyini göstərir. Çünki o problemin öz müqəddaratını həll etmə prinsipi ilə həllini önə çıxarır. Bu isə artıq barışmazlıq prinsipini ortaya çıxarır. Ümumilikdə götürən də isə hesab edilir ki, xarici siyasətdə heç bir dəyişiklik olmayacaq. Sadəcə priroritetlər dəyişib. Bundan başqa yeganə diqqəti cəlb edən məsələ Rusiyaya yanaşmadı. Amma bunu bir daha qeyd edək ki, Rusiya hazırda Ermənistanda elə kök atıb ki, yaxın 20 il ərzində bu kökləri təmizləmək mümkün olmayacaq. Digər tərəfdən isə Ermənistan artıq Rusiya ilə birgə Avrasiya İttifaqında təmsil olunmağa razılıq verib. Bu isə faktiki Ermənistanın Rusiyanın bir əyalətinə çevrilməsidir.

Toğrul Əliyev