İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını təsdiqləyən yeni faktlar ortaya çıxıb.

Unikal.org-un məlumatına görə, sosial şəbəkələrdə bunu təsdiqləyən videolar yayılır. Videolardan aydın görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılır.