Azərbaycan Kubada səfirlik açacaq.

Unikal.org xəbər verir ki, Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi daxil edilib.

Müzakirələr zamanı səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, hazırda Kubada Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir.