Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, müstəqillik illərində dəmir yolları inkişaf edib: "Ölkəmizdə 7 oktyabr dəmiryolçuların peşə bayramı kimi qeyd olunur".

Komitə sədri qeyd edib ki, qanuna təklif olunan dəyişikliklə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020) yubiley medalı” təsis olunacaq.

Qanuna digər bir dəyişikliklə isə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022) yubiley medalı” təsis ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.