Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Unikal.org-a bildirilib ki, 11 şagird, 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.