Almaniya Federativ Respublikasının kansleri Anqela Merkel Aleksandr Lukaşenkonun Belarusun prezidenti seçilməsini tanımadığını bildirib, onu müxalifətlə dialoqa girməyə və onun nümayəndələrinə və aktivistlərinə qarşı şiddəti dayandırmağa səsləyib.

Unikal.org xəbər verir ki, belə bir bəyanatı kansler bundestaq qarşısında çıxışı zamanı edib. 

“Biz Lukaşenkonun prezident seçilməsini tanımırıq. Onu Şərq və Qərbin müdaxiləsi olmadan xalqı ilə dialoqa çağırırıq. Orada hər gün baş verənləri, yəni demokratik proseslərin aradan qaldırılmasını, müxalifətə qarşı zorakılığı qınayırıq”, - deyə Merkel bildirib.

O, həmçinin Belarusda prezidentliyə sabiq namizəd Svetlana Tixanovskaya ilə görüşməyə hazırlaşdığını təsdiqləyib.