“Ermənistan bu təcavüzləri ilə “beynəlxalq sistemi və hüququ saymıram” deyir. Bunun bir cavabı olmalıdır”.

Unikal.org xəbır verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Azərbaycan məsələni meydanda həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğal edilənə qarşı eyni münasibət bəslənsin?”, - nazir vurğulayıb.