İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə düşmən böyük itkilər verməkdədir. 

Unikal.org xəbər verir ki, artıq vəziyyət o həddə çatıb ki, Xankədidəki xəstəxanalarda yer tapılmır. 

Tibbi ləvazimatları və qan ehtiyatı azaldığı üçün ölkə üzrə hər kəs səfərbər olub. Ancaq Dağlıq Qarabağdakı xəstəxanalar yaralı erməni əsgərlərlə tam dolub. Xəstəxanaların dəhlizlərində belə yaralı və meyit əlindən tərpənmək olmur. Erməni hərbçilərinin meyitləri yük maşınları ilə hospitallara çatdırılır.  

Yerevana gətirilən yaralı əsgərlərin sayının durmadan artması itkilərin nə qədər böyük olduğundan xəbər verir. Erməni qadınlar isə xəstəxanalar qarşısında oturub ölən erməni əsgərlər üçün ağlayırlar.