Sumqayıt şəhərinin 9-cu məhəlləsində şəxsiyyəti məlum olmayan cəsəd tapılıb.

Unikal.org  xəbər verir ki, cəsəd Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həyətində yerləşən transformatorun daxilində aşkarlanıb.

Meyit tanınmaz halda olduğundan şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.  

Meyit aidiyyəti üzrə təhvil verilib və aparılan ekspertizadan sonra cinsiyyəti müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.