Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Unikal.org Kremlin mətbuat xidmətinə istinadən xəbər verir. 

Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan vəziyyəti müzakirə ediblər.