Rusiyada qəribə hadisə yaşanıb.

Unikal.org xəbər verir ki, 42 yaşlı Rus qadın ağır atlet Anna Turaeva  Sankt-Peterburq şəhərindən yaşadığı Krasnodara uçuşu kabusa çevrilib. 

Xarici görünüşü ilə diqqət cəlb edən Anna, Hava yolu işçiləri tərəfindən təyyarəyə girişi qadağan edilib. Belə ki, işçilər Annanın pasportuna baxış zamanı ona "sən kişisən", “qadın olduğunu sübut et” deyərək təyyarəyə buraxmayıblar.