Massaçusets ştatında Boston şəhərində yaşayan soydaşlarımız Qarabağa dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər. 

Unikal.org xəbər verir ki, onlar “Qarabağ Azərbaycandır” plakatını  ”James Jackson Storrow Memorial Drive” ərazisində, Çarles çayının cənub sahili boyunca şərqdən qərbə uzanan böyük bir park yolunda asıblar. 

Gənc azərbaycanlılar bununla amerikalıların diqqətini Qarabağda baş verənlərə yönəldə biliblər.