Moskva Beynəlxalq Film Festivalının təşkilat komitəsi 90-cı illərdə Dağlıq Qarabağda gedən döyüş əməliyyatları zamanı cəbhəçi operatorların işlərindən bəhs edən “Cənnətə Qapı” adlı erməni filmini nümayişdən çıxarıb.

Unikal.org xəbər verir ki, Festivalın proqram direktoru Kirill Razloqov filmin Moskva Beynəlxalq Film Festivalında nümayişinin təhlükəsizlik baxımından ləğv edildiyini bildirib.

“Hərbi əməliyyatlar artdıqda, qərara alındı ki, Moskvada və Qarabağ ətrafında ermənilərlə azərbaycanlılar arasında toqquşmaların qarşısını almaq üçün filmi nümayiş etməyək”, - deyə Razloqov bildirib.