Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah İtaliyaya səfər edəcək.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, İtaliya Xarici İşlər naziri Luici Di Mayonun dəvəti ilə baş tutan səfər çərçivəsində Türkiyə-İtaliya Hökumətlərarası Komissiyasının üçüncü iclasına hazırlıqlar, Türkiyə-İtaliya əlaqələri və Avropa İttifaqına üzvlük mərhələsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Eyni zamanda, regionda və beynəlxalq aləmdə baş verən hadisələrlə əlaqədar fikir mübadiləsi aparılacaq.