"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" üzərində 3:0 hesablı qələbəni əsgər salamı ilə qeyd edib.

Unikal.org xəbər verir ki, Varşavadakı "Voyska Polskieqo" stadionunda keçirilən matçın ardından Ağdam təmsilçisi erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı keçirən Ordumuza kollektiv olaraq, əsgər salamı ilə dəstək olub.

Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" ardıcıl 7-ci mövsüm Avrokubokların qrup mərhələsinə yüksəlib.