Dünyada koronavirusa yoluxanların sayı 34 milyon nəfəri ötüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 34 137 200 nəfərə çatıb. Onlardan 1 017 083 nəfəri ölüb, 23 712 268 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 273 943), Hindistanda (6 312 584) və Braziliyada (4 810 935) qeydə alınıb.