Ermənistanda daha 532 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 51 382-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 966-ya çatıb. İndiyədək 44 406 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 709 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistan 490 nəfərin koronavirusa yoluxduğunu, 1 nəfərin isə öldüyünü açıqlamışdı.