“Avropa İttifaqı ilə Türkiyə arasında anlaşmasını müzakirə etmək istəyirik”.

Unikal.org xəbər verir ki, bunu Almaniya kansleri Angel Merkel bildirib.

“Avropa İttifaqı ilə Türkiyə arasında pozitiv gündəliyi qorumaq üçün hər şeyi etmək istəyirik. Türkiyə ilə konstruktiv dialoq qurmaq istədiyimiz açıq ifadə ediləcək bir nəticəyə gəldik. Yunanıstanın və Kiprin yunan hissəsinin hüquqlarını qoruduğumuz kimi Türkiyə ilə də konstruktiv əlaqələr qurmaq istyirik”, - o deyib. 

Angela Merkel həmçinin tərəfləri Dağlıq Qarabağda atəşkəsə çağırıb.