ABŞ Prezidenti Donald Tramp xəstəxanaya yerləşdirilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Keyli Makineni məlumat verib. 

Onun sözlərinə görə, həkimlərin məsləhəti ilə Tramp “Walter Reed” xəstəxanasına aparılıb və işinə oradan davam edəcək. 

Qeyd edək ki, bu gün Tramp və həyat yoldaşı Melaniyada koronavirus aşkarlanıb.