Portuqaliyanın "Sportinq" futbol klubunun yarımmüdafiəçisi Vendel Rusiyanın "Zenit"inə transfer ediləcək.

Unikal.org xəbər verir ki, komandalar 23 yaşlı yarımmüdafiəçisinin transferi barədə razılıq əldə ediblər. Peterburq klubu "Sportinq"ə müqaviləyə əsasən 20 milyon avro ödəyəcək.

Bildirilir ki, Vendel beş illik müqavilə imzalayacaq. Braziliyalı 5 oktyabr tarixində tibbi müayinədən keçdikdən sonra transfer rəsmi olaraq elan ediləcək.

Vendel Braziliyanın "Fluminense" klubunun yetirməsidir. Yarımmüdafiəçi 2018-ci ilin qışında "Sportinq"ə keçib. Portuqaliya komandasında futbolçu 79 matç keçirib, 6 qol vurub və 8 faydalı ötürmə edib.