“Latsio” heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-dan Məhəmməd Faresi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Latsio” əlcəzairli cinah müdafiəçisi üçün SPAL-a 8 milyon avro ödəyəcək.