Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universiteti Azərbaycan Ordusuna dəstək verib.

Unikal.org xəbər verir ki, universitetin binasından Azərbaycan və Türkiyənin böyük bayraqları asılıb.

“Azərbaycanın haqlı davası ilə əlaqədar bir sıra panellər, simpoziumlar və bənzər tədbirlər keçiriləcək. Həqiqətləri alimlərin dili ilə, elmi sənədlərlə, sübutlarla birlikdə təqdim edəcəyik”, - universitetin rektoru Prof. Dr. Musa Yıldız bildirib.