Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının başçısı Vladimir Vasilyevin istefasını qəbul edib.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Prezidentin sərəncamına əsasən, bölgə başçısı vəzifəsini Rosqvardiyanın direktorunun birinci müavini, senator Sergey Melikov icra edəcək. Vasilyev isə Putinin müşaviri təyin olunub.