"Qarabağ"ın sabiq futbolçusu Miçel Maderanın karyerasını davam etdirəcəyi klub bəlli olub.

Unikal.org xəbər verir ki, İspaniyanın dördüncü liqa təmsilçisi "Marina" yarımmüdafiəçinin transferini açıqlayıb. "Marina" klubu 35 yaşlı Madera ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu il "Qarabağ"la yollarını ayıran Miçel Madera 2015-ci ildən Ağdam təmsilçisinin heyətində çıxış edirdi.