Sərhədçi idmançılar və məşqçilər işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək olublar.

Unikal.org xəbər verir ki, onlar Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarınını əsas tutaraq çıxış edib, bayrağımızın Qarabağda dalğalanması üçün əlindən gələni etməyə, can verməyə  hazır olduqlarını bildiriblər.
Həmin idmançılar Cüdo üzrə gənclər arasında dünya və Avropa mükafatçısı İlqar Müşkiyev, Karate üzrə Avropa çempionu Fəridə Abıyeva, Kikboks üzrə dünya və Avropa çempionu Fuad Zeynalov,  dünya və Avropa çempionu cüdoçu Nicat Şıxalızadə,  Olimpiya mükafatçısı cüdoçü Rüstəm Orucov, Sərbəst güləş üzrə olimpiya mükafatçıları Hacı Əliyev və Cəbrayıl Həsənov, Olimpiya mükafatçısı, Yunan-Roma güləşçisi Rəsul Çunayev, dünya və Avropa çempionu karateçi Orxan Heydərli, Dünya Kubokunun qalibi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovdur.
F.Abıyeva: "Ən böyük arzum Qarabağda Erməni taboru ilə üz-üzə gəlib, onları məğlib edərək Qarabağın kimə məxsus olduğunu başa salmaqdır. 
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Fuad Zeynalov: 
"Bir idmançı-məşqçi kimi tələbələrimi də Qarabağ ruhunda  yetişdirməşəm.  O gün gəlib çıxdı. Döyüşlər başladı. Döyüşlərə qatılırıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Nicat Şıxalızadə:
"Xalqımızın dəstəyi ilə Beynəlxalq Arenalarda dəfələrlə qələbə qazanmışıq. Bu gün də xalqımızın dəstəyi ilə Böyük Qələbəni Qarabağda qazanacağıq.  Mən söz verirəm ki, növbəti dəfə bayrağı Qarabağda dalğalandıracam. Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!"

Rüstəm Orucov:
"Neçə illərdir bu anı gözləyirdim. Mən leytnant Orucov döyüşə hazıram.  Ordumuzun gücünü göstərəcəyik. Qarabağ bizimdir Qarabağ Azerbaycandır!"

Firdovsi Umudov:
"Biz idmançılar Azərbaycanımızı Beynəlxalq Arenada, Avropa və Dünya çempionatlarında, Olimpiya Oyunlarında layiqincə təmsil etmişik.  Ölkəmizin bayrağını ucalara qaldırıb himnimizi səsləndirmişik. Bu gün silahlı qüvvələrin ali baş komandanı, möhtərəm cənab prezidentimiz İlham Əliyevin ali baş komandanlığı ilə bayrağımızı Xankəndində, Şuşada, Qarabağımızda dalğalandıracağıq. 
Bütün dünyaya səslənərək deyirik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"