Yunanıstanda koronavirusa yoluxma hallarının artmağa davam etdiyini nəzərə alan hökumət sentyabrın 21-dən oktyabrın 4-dək tətbiq etdiyi məhdudiyyətlərin müddətini bu ayın 12-dək uzadıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, yoluxma hallarının yarısına qədərinin qeydə alındığı paytaxt və ətraf ərazilərində (Attika bölgəsi) gecəyarısından səhər saat 5-dək ictimai iaşə və ticarət müəssisələrinin, kinoteatrların fəaliyyətinə, bütövlükdə konsert keçirilməsinə, teatr tamaşalarına və s. kütləvi tədbirlərə qadağa qoyulur.

Toy, vəftiz, dəfn mərasimlərində 20 nəfərin artıq, ictimai iaşə yerlərində bir masada 6 nəfərdən artıq, xəstəxanalarda isə 4 nəfərdən artıq, açıq və qapalı məkanlarda 9 nəfərdən artıq toplaşmaq qadağandır.