Bişkekdə etirazçılar Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar. 

Unikal.org xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb. 

Bildirilib ki, nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.

***

02:26

Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib.

Bəzi milis əməkdaşları binanı tərk edib. Bununla yanaşı, qeyd edilir ki, binada əməkdaşlar və deputatlar yoxdur.

İlkin məlumata görə, toqquşmaların gedişatında 130-dan çox insan xəsarət alaraq xəstəxanalara yerləşdirilib.