ABŞ prezidenti Donald Tramp koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ rəhbəri “Twitter”dəki səhifəsində bildirib. O, əmin edib ki, özünü "çox yaxşı hiss edir". Ağ Ev rəhbəri insanları COVID-19-dan qorxmamağa çağırıb.

"Ona (koronavirusa-red) sizin həyatınızda hökmranlıq etməyə imkan verməyin", - deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlarda onun prezidentliyi vaxtı "çox yaxşı dərmanlar və biliklər" alınıb. Tramp iddia edib ki, özünü 20 il əvvəlkindən daha yaxşı hiss edir.