Qırğızıstanın paytaxtı Bişkekdə nümayişçilərlə polislər arasındakı baş vermiş qarşıdurmalar nəticəsində 130-dək insan xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə “TASS”-a ölkənin Səhiyyə Nazirliyidən bildirilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, təxminən 130 nəfər şəhər xəstəxanalarına yerləşdirilib”, - məlumatda belə deyilir.

Məlumata görə, daha onlarla insana ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya getməkdən imtina ediblər.